Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan boksçuları Kutaisidə 12 medal qazanıblar

Gürcüstanın Kutaisi şəhərində 19 yaşlı (U-19) boksçular arasında keçirilən və Azərbaycan da daxil olmaqla 11 ölkə təmsilçisinin iştirak etdiyi beynəlxalq turnir başa çatıb. ABF-dən verilən məlumata görə, komandamız turniri 12 (4-3-5) medalla 2-ci yerdə başa vurub. Qızıl medallar bütün döyüşlərini qələbə ilə bitirən Banuçiçək Nəsirli (48 kq), Aylin Nəzərova (54 kq), Rza Rzayev (70 kq) və Səftər Məmmədzadənin (+90 kq) aktivinə yazılıb.

Gümüş medallar yalnız həlledici finalda büdrəyən Zəhra Məmmədova (54 kq), Əli Baxışov (60 kq) və Şahin Aslanovun (65 kq) payına düşüb.

Bürüncləri isə çıxışını üçüncü yerdə bitirən Əli Əliyev (50 kq), Vüsal Xəlilov (65 kq), Nicat İmanov (80 kq), Heydər Əzməmmədov (85 kq) və Məhəmməd Cəfərov (+90 kq) qazanıb 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin