Elçin Səlimli:
GÖZƏL TƏBİƏTİN QOYNUNDA
Artıq ömrümzə ayların ən gözəli May gəlib . İlk günləri soyuq keçsə də , bu ay elə gözəl və sevimli aydır . Mən bu ayı çox sevirəm və həmişə may gələndə sevinirəm . Eyni zamanda bu ayda mən gəzməyə çıxmağı və təmiz havada olmağı daha çox xoşlayıram .
Paytaxtımız Bakı şəhərində çox maraqlı və gözəl bir qrup var . Adına dostlar qrupu deyilir .
Şəhərdə çox gözəl işlər görürlər . Mən o barədə danışmıram və bu başqa bir mövzunun gündəmindədir . Bu haqda daha sonra danışarıq . Hələlik mən onların ötən bazar(istirahət) günü , yəni ayın 3-də ölkəmizin gözəl guşələrindən biri Qubaya gəzintilərindən
qısaca söhbət açacam və özümün yazdığım təzə şeirimi də buraya əlavə edib sizinlə paylaşacağam .
Qeyd edim ki , mən də onlarla dostluq edirəm
və dünən onlara qoşulub Qubaya gəzməyə getdim . Gözəl və çox maraqlı bir gün keçirdik .
Bütün günü doğma və füsunkar təbiətimizin qoynunda olduq . Gözəl istirahətdən sonra ,
gözəl əhvalla da evə qayıtdıq . Beləliklə :
MAY GƏLİB .
Ay nə gözəl ay gəlib ,
May gəlib a , May gəlib !
Çiçəklərdən pay gəlib ,
May gəlib a , May gəlib !
Ağaclarda gül - çiçək ,
Çəmən yaşıl , həm göyçək ,
Dalğalanır biçənək ,
May gəlib a , May gəlib !
Lalə çəməndə bəstə ,
Toplayaq dəstə-dəstə ,
Bülbül oxur ahəstə ,
May gəlib a , May gəlib !
Qaranquşun nəğməsi ,
Arıquşunun şən səsi ,
Ovsunlayır hər kəsi ,
May gəlib a , May gəlib !
Təbiətdə naza bax ,
Dəstlə uçan qaza bax ,
Dil-dil ötən saza bax ,
May gəlib a , May gəlib !
Bu ayı xoşlayıram ,
Köhnəni boşlayıram ,
Yazmağa başlayıram ,
May gəlib a , May gəlib !
03 . 04 . 2026 .


