Snayperlərimiz Lunevlə Sultanova cütlüyü AÇ-də gümüş medal qazanıb
Xorvatiyanın Osijek şəhərində güllə atıcılığı üzrə keçirilən Avropa çempionatı snayperlərimiz üçün uğurlu olub. Qeyd edək ki, nişangaha çıxaraq, 25 metr məsafədən hədəfə atəş açan Ruslan Lunev və Zeynəb Sultanova cütlüyü qarışıq qoşa yarışlarda uğura imza atıb. Belə ki, yüksək nəticə ilə çempionatın final mərhələsinə yüksələn cütlüyümüz çıxışını ikinci yerdə başa vuraraq gümüş medala layiq görülüb.
İNTİQAM Məmmədov


