Cüdo millimiz 9 medalla Avropa Kubokunda üçüncü olub
Gürcüstanın Qori şəhərində kişi və qadın cüdoçular arasında Avropa Kuboku keçirilib.
ACF-dən verilən məlumata görə, turnirdə iştirak edən Azərbaycan millisi 9 (2-1-6) medalla ümumi komanda hesabında 18 ölkə arasında üçüncü yeri tutub. Ayrılıqda kişi komandamız isə ikinci olub. Turnirin ən maraqlı məqamlarından biri 66 kq çəki dərəcəsində Azərbaycan finalının baş tutması və eyni zamanda bu çəkidə cüdoçularımızin bir dəst (1-1-1) medal qazanması olub. Belə ki, 66 kq çəkidə bütün rəqiblərini məqlub edən İslam Rəhimov qızıl, onun finalda üstələdiyi komanda yoldaşı gümüş, eyni çəkidə tatamiyə çıxan Nazim İmranov isə bürünc medal qazanıb.
Digər medallara gəlincə, ikinci qızıl medal Əjdər Bağırovun (100 kq), qalan bürünclər isə Babarəhim Mirzəyev (60 kq), Rüfət Şövlətov (73 kq), Elmar Qasımov (100 kq), Xəyyam Əliyev (90 kq) və Diana Tckayevin (48 kq) aktivinə yazılıb.
İNTİQAM Məmmədov


