Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qoridə cüdoçuların Azərbaycan finalı 

Cüdoçularımız Avropa Kubokuna 5 medalla başlayıblar 

Mayın 9-da Gürcüstanın Qori şəhərində böyüklər arasında cüdo üzrə Avropa Kubokuna start verilib. Turnirin ilk günü Azərbaycan yığması üçün uğurlu olub.

ACF-dən verilən məlumata görə, start günü yığmamızın 5 üzvü inamla güləşərək mükafatçılar sırasında yer alıb. Ən maraqlısı isə 66 kq çəki dərəcəsində qeyd edilib. Belə ki, finalı da Azərbaycan cüdoçularından ibarət olan bu çəkidə cüdoçularımız bir dəst (1-1-1) medal qazanıblar.

Finalda öz komanda yoldaşı Elşən Əsədovdan güclü olan İslam Rəhimov bu çəkinin qalibi olub və qızıl medal qazanıb. Finalda komanda yoldaşına uduzan Elşən Əsədovsa ikinci yeri tutmaqla gümüş medala layiq görülüb.

Bu çəkidə daha bir cüdoçumuz - çıxışını üçüncü yerdə bitirən Nizamin İmranov isə bürünc medalla kifayətlənib.

Digər iki bürünc medal isə Babarəhim Mirzəyev (60 kq) və Rüfət Sövlətovun (73 kq) aktivinə yazılıb.

İlk yarış günündən sonra Azərbaycan 5 medalla 18 komanda arasında ikinci yerdədir.

İNTİQAM Məmmədov

Best coffeeshop in Berlin