Karateçimiz Babək Qələmzadə mütləq Avropa çempionudur
Rumıniyada böyüklər arasında Fudokan Karate üslubu üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi 28-ci Avropa çempionatı, eləcə də eyni məkanda yeniyetmə və gənclər arasında təşkil edilən Avropa Kuboku davam edir. Azərbaycan Karate Federasiyasindan verilən məlumata görə, böyüklərin yarışında dayanq üzərinə çıxan karateçimiz Babək Qələmzadə mütləq çəki dərəcəsində Avropa çempionu adını qazanıb.
Yarışlara mayın 10-da yekun vurulacaq.
Yeri gəlmişkən, komandalarımız yarışlara Gənclər və İdman Nazirliyinin dəstəyi və baş məşqçi Bəşir Mahmudovla Federasiya rəsmisi Vüsal Abdullazadənin rəhbərliyi altında qoşulub.
İNTİQAM Məmmədov


