İordaniyada ilk meymun çiçəyi hadisəsi qeydə alınıb
2024-cü ildə meymuna yoluxma ilə bağlı ilk hadisə İordaniyada qeydə alınıb. Xəstə krallıq vətəndaşı olmayıb.
Bu barədə İordaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Yoluxmuş şəxs İordaniya vətəndaşı olmayan, lakin ölkədə daimi yaşayan 33 yaşlı kişidir. Onda dəri səpgiləri şəklində infeksiya əlamətləri görünən kimi o, karantinə göndərilib”, - deyə Petranın sitat gətirdiyi departamentdən bildirilib. İordaniya Səhiyyə Nazirliyi əlavə edib ki, xəstənin vəziyyəti stabildir; onun vətəndaşlığı barədə məlumat verilmir. Nazirlik epidemioloji vəziyyətə nəzarəti davam etdirir və başqa yoluxma halları aşkar edilərsə, bu barədə vətəndaşları dərhal məlumatlandırmağı öhdəsinə götürür”, - deyə şöbədən bildirilib. Səhiyyə Nazirliyi əlavə edib ki, bu hal krallıq tarixində ilk deyil. Meymun çiçəyi xəstəliyi ilk dəfə 2022-ci ilin payızında İordaniyada qeydə alınıb.


