Kəramət Böyükçöl:
Bu gün Musa Yaqubun anım günüdür
Bu gün Azərbaycanın çox gözəl bir şairi Musa Yaqubun anım günüdür.
Şübhəsiz ki, o Fəxri Xiyabanda, öz qələm dostlarının yanında dəfn oluna bilərdi, amma vəsiyyət elədi ki, məni İsmayıllıda, həyat yoldaşımın yanında basdırın.
Ruhun şad olsun, ləyaqətli insan, təmiz, saf adam, həqiqi şair...
Sənin haqqında nə deyim ki, kimliyini olduğun kimi ifadə eləsin, bilmirəm.


