Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Pentaqon UNO-larla bağlı arxiv məlumatlarını yayımlayıb

ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektlərlə bağlı arxiv materiallarını rəsmi saytında yerləşdirib.

ABŞ Prezidenti Donald Tramp aprelin sonlarında bu cür məlumatları açıqlamaq niyyətində olduğunu açıqlayıb. O, "inana bilməyəcəyiniz bir şeyi" müşahidə etdiklərini iddia edən Amerika hərbi pilotları ilə UNO-ları müzakirə etdiyini bildirib.

Fevral ayında Tramp yerüstü həyat formaları və naməlum anomal hadisələrlə bağlı sənədləri yayımlamağa başlayacağına söz vermişdi. ABŞ Prezidenti müdafiə naziri Pit Heqsetə və digər müvafiq qurumlara UNO-lar, iddia edilən yerüstü həyat və digər anomal hadisələrlə bağlı hökumət materiallarının açıqlanması prosesinə başlamağı tapşıracağını bildirib.

Best coffeeshop in Berlin