Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

Ukrayna münaqişəsinin həlli üçün danışıqlar prosesi hazırda dalana dirənib, lakin ABŞ yenə də hərbi əməliyyatlara son qoymaq üçün vasitəçi kimi çıxış etməyə hazırdır.

"Əl-Cəzirə"nin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bunu bildirib.

O, İtaliyaya səfəri zamanı jurnalistlərə bildirib ki, "bu səylər hazırda dalana dirənib, lakin vəziyyət dəyişərsə, biz həmişə [bu məsələni həll etməyə] hazırıq".

M. Rubio qeyd edib ki, Vaşinqton "bu səylər məhsuldar olarsa, vasitəçi rolunu oynamağa hazırdır".

Lakin dövlət katibi əlavə edib ki, ABŞ "vaxtını və enerjisini irəliləyiş gətirməyən səylərə sərf etmək istəmir".

Best coffeeshop in Berlin