Pakistan Hindistanı növbəti hücumlar halında sərt cavab verəcəyi ilə hədələyib
Hindistanla münaqişədən bir il sonra Pakistan Silahlı Qüvvələri növbəti hücumlara qətiyyətlə cavab verəcəkləri barədə xəbərdarlıq edib.
Bəyanatda deyilir: "Silahlı qüvvələr Pakistana qarşı hər hansı bir düşmənçilik niyyətinin 2025-ci ilin may münaqişəsindən daha güclü, daha dəqiq və daha qətiyyətli cavabla qarşılanacağını bəyan edirlər".
Hindistanın Baş naziri Narendra Modi öz növbəsində Hindistanın ötən ilki hərəkətlərinin "terrorizmə qarşı güclü cavab" olduğunu bildirib.
Modi sosial media platforması X-də yazıb: "Bu gün, bir il sonra, terrorizmi məğlub etmək və ona imkan verən sistemi məhv etmək əzmində möhkəm qalırıq".
2025-ci ilin may ayında Hindistan və Pakistan bir-birini 22 apreldə Cammu və Kəşmirdə baş verən terror hücumundan sonra münaqişəni qızışdırmaqda ittiham ediblər. 7 mayda Hindistan Ordusu Sindoor Əməliyyatını elan edib və Pakistan ərazisində və İslamabadın nəzarətində olan Kəşmir ərazilərində yerləşən infrastruktura hava hücumları təşkil edib. Pakistan cavab verib və zərbələr mübadiləsi davam edib. ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra tərəflər 10 may 2025-ci ildə atəşkəs barədə razılığa gəldilər.


