İraqın cənubunda nəhəng neft yatağı aşkar edilib
İraq Neft Nazirliyi, Səudiyyə Ərəbistanı ilə sərhəd yaxınlığında, cənubdakı Nəcəf əyalətində böyük bir neft yatağının kəşf edildiyini açıqladı.
Nazirliyin məlumatına görə, təxminən 8700 kvadrat kilometr ərazini əhatə edən Qarneyn kəşfiyyat bloku bu ərazidə ilk təsdiqlənmiş kəşf olub. Yatağın ehtiyatları 8,8 milyard bareldən çox neft olaraq qiymətləndirilir.
Şəms-11 kəşfiyyat quyusunda ilkin hasilat həcmi gündə 3248 barel olan yüngül neft aşkar edilib. Yataq Çin şirkəti ZhenHua Oil tərəfindən işlənir və onun nümayəndələri İraq tərəfi ilə yatağın istismara verilməsinin sürətləndirilməsini müzakirə ediblər.


