Bədii gimnastika üzrə Avropa Kubokunun üçüncü günü başa çatıb +FOTOLAR
Bədii gimnastika üzrə Avropa Kubokunun üçüncü günü də geridə qalıb.
Bu yarış günündə böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlar gürzlər və lent proqramlarında öz məharətlərini nümayiş etdiriblər.
Nəticələrə əsasən, lent proqramında Mariia Borisova (AIN 2) birinci yerə layiq görülüb. İkinci yeri Taisiia Onofriiçuk (Ukrayna), üçüncü yeri isə Tara Draqas (İtaliya) tutub.
Gürzlər proqramında isə qızıl medal Daniela Munitsə (İsrail) qismət olub. Darya Vareniç (AIN 1) ikinci, Sofiya Rafaelli (İtaliya) isə üçüncü yeri əldə edib.
Qrup hərəkətlərində komandalar 5 top, həmçinin 3 halqa və 2 cüt gürz ilə proqramlarını təqdim ediblər. 5 top proqramında İsrail komandası birinci, AIN 1 ikinci, İtaliya isə üçüncü pillədə qərarlaşıb. 3 halqa və 2 cüt gürz proqramında isə AIN 2 komandası birinci olub, AIN 1 ikinci, Ukrayna komandası isə üçüncü yeri tutub.
Çoxnövçülük üzrə böyüklər arasında keçirilən təsnifat mərhələsinin yekunlarına əsasən, çarpaz qarşılaşmalarda mübarizə aparacaq 16 fərdi gimnast müəyyənləşib. 1/8 final mərhələsində bu gimnastların 8-i top, digər 8-i isə halqa proqramında çıxış edəcək. Qaliblər növbəti mərhələ – 1/4 finala vəsiqə qazanacaqlar.
İndi isə “ulduz onaltılığı” – qarşılaşacaq gimnast cütlükləri ilə təqdim edirik:
Vera Tuqolukova – Polina Karika
Darya Vareniç – Hanna Kamenşiçkava
Alona Tal Franco – Andreea Verdes
Taisiia Onofriiçuk – Emmi Piroinen
Arina Kovşova – Fanni Piqnitski
Sofiya Rafaelli – Amalia Lica
Mariia Borisova – Daniela Munits
Tara Draqas – Hatice Gökçe Emir
Qrup hərəkətləri proqramında isə çarpaz qarşılaşmalarda aşağıdakı komandalar üz-üzə gələcək:
AIN 2 – İtaliya
Ukrayna – İsrail
AIN 1 – Bolqarıstan
Fotolar: Mahir Əhmədov
* bu reportajda olan fotoları sifariş ermək üçün
+99450 554 34 23 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11
+99450 554 34 23


