Millimiz Monteneqro toplanışını davam etdirir
Azərbaycanın mini-futbol üzrə milli komandası Bakı toplanışından sonra hazırlıq prosesini Montoneqroda davam etdirir.
Etibarlı mənbədən verilən məlumata görə, millimiz təlim-məşq toplanışı zamanı Bosniya və Herseqovina komandası ilə yoxlama yoldaşlıq görüşü keçirib. Görüş millimizin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, millimiz sözügedən toplanışın ardından Montonəqroda yerli və Qazaxıstan yığmasının iştirakı ilə keçiriləcək mini-turnirdə iştirak edəcək.
Qeyd edək ki, həm bu toplantılar həm də mini-turnir yiqmamiz içən qarşıdakı Avro-2026-ya hazırlıq xarakteri daşıyır. Avro-2026 mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək. Yeri gəlmişkən, ötən Bakıda təşkil olunan DÇ-2025-in qalibi olan millimiz "F" qrupunda Avstriya, İtaliya və Fransa ilə mübarizə aparacaq.
İNTİQAM Məmmədov


