"Sabah" final seriyasında ikinci qələbəsini qazanıb
Mayın 2-də kişi basketbol klublarının mübarizə apardığı Azərbaycan Basketbol Liqasında (ABL) final seriyasi çərçivəsində sayca ikinci olan növbəti oyun keçirilib. İlk oyunda olduğu kimi, ikinci matçda da qələbəni "Sabah" qazanıb.
ABF-dən verilən məlumata görə matçın əvvəlindən təşəbbüsü ələ alan "Sabah" sonda 112:84 hesablı qələbəyə nail olub. Bununla da "Sabah" final seriyasında ikinci qələbəsini qazanmaqla çempionluğa bir addim da yaxınlaşıb - 2:0. Reqlamentə görə, final seriyasında nəzərdə tutulan 5 oyun çərçivəsində daha tez 3 qələbə qazanan komanda 2025/2026-cı illər mövsümünün qalibi olacaq.
İNTİQAM Məmmədov


