Qazaxıstanda ilk krematorium açılıb
Qazaxıstanın ilk krematoriyası Almatıda açılıb.
Kremasiya otağı 800-1000 dərəcə Selsi temperaturunda işləyən iki Çexiya istehsalı soba ilə təchiz olunub. Avadanlığın prosesə hazırlanması təxminən 35 saat çəkir. Kremasiya təxminən 240.000 tengə (520 dollar) başa gəlir.
Krematoriyada ümumi tutumu 48 olan 12 dondurucu var. Cəsəd qohumlarının istəyindən asılı olaraq bir həftədən bir aya qədər saxlanıla bilər.
Agentlik qeyd edir ki, kremasiya yalnız şəxsin sağlığında razılığı ilə həyata keçirilir. Prosedurdan sonra qohumlar külü sonrakı dəfn və ya müvəqqəti saxlama üçün müəssisədə toplaya bilərlər.
Külün səpələnməsi Qazaxıstan qanunvericiliyi ilə qadağandır.


