Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əlisahib Hüseynov: 

Putinin mənfi reputasiyalı adamı hansı məntiqlə "Rossotrudniçestvo"ya rəhbər təyin etməsi suallar doğurur

Bildiyiniz kimi Vladimir Putin 27 aprel 2026-cı il tarixli fərmanı ilə İqor Çaykanı "Rossotrudniçestvo" (Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentlik) adlı qalmaqallı qurumun yeni rəhbəri təyin edib.

"Rossotrudniçestvo" deyilən bu qurum ilk növbədə dünyanın müxtəlif ölkələrində "Rus Evi" ("Russkiy dom") adlı mədəniyyət mərkəzlərinin (əslində isə casus yuvalarının) fəaliyyətini kurasiya etməklə məşğuldur.
Bizim paytaxtımızda da "Rus Evi" fəaliyyət göstərirdi. Lakin məlum səbəblərə görə 3 fevral 2025-ci il tarixində Bakıdakı "Rus Evi"nin fəaliyyətinə xitam verildi və bu barədə Rusiya tərəfinə nota göndərildi.

Həmin vaxt "Rossotrudniçestvo"ya Yevgeni Primakov rəhbərlik edirdi. Primakov birbaşa "FSB"-nin (Rusiya Federal Təhlükəsizlik Xidmətinin) adamı idi. O, Rusiyanın keçmiş baş naziri və diplomatı Yevgeni Primakovun nəvəsi olaraq diplomatik karyeraya, xarici siyasətə üstünlük verir və hər yerdə "beşinci kolon"un (rusiyapərəstlərin) formalaşdırılmasına səy göstərirdi. Bakıdakı “Rus Evi”nin fəaliyyətinin dayandırılmasından sonra Primakov bu mövzunu gündəmdə saxlayan Azərbaycan mediasına qarşı aqressiv mövqe tutdu. Belə ki, o, "Telegram" kanalında guya “işgüzar nüfuzunu qorumaq" məqsədilə Azərbaycanın bəzi media qurumlarını məhkəməyə verməklə hədələdi. Lakin Primakovun bu hərəkəti tamamilə yersiz idi və nəticədə fiaskoya uğradı. Və nə rəsmi Bakı, nədəki yerli mətbuatımız prinsipial mövqeyindən geri çəkilmədi.

Müşahidələr isə onu göstərirdi ki, Primakovun fəaliyyəti Putini tam qane etmirdi. Ona görə də Putin Primakovu istefaya göndərdi, onun yerinə isə İqor Çayka agentliyin yeni rəhbəri təyin edildi.

İqor Çayka isə Rusiyanın keçmiş baş prokuroru Yuri Çaykanın oğludur.

Lakin oğul Çayka dövlət xadimindən daha çox mafioz iş adamı kimi tanınır. Belə ki, onun da adı həm "FSB" ilə bağlı, həm də bir sıra maliyyə maxinasiyalarında hallanır. Buna görə də ABŞ və Avropa İttifaqı bir sıra rus oliqarxları və məmurları ilə yanaşı İqor Çaykaya da sanksiyalar tətbiq edib.

Putinin belə bir mənfi reputasiyalı adamı hansı məntiqlə "Rossotrudniçestvo"ya rəhbər təyin etməsi çoxlu suallar doğurur.
Çaykanın fəaliyyəti yəqin ki, xaricdəki "Rus Evləri"nin sayının daha da azalması ilə nəticələnəcək.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri

Best coffeeshop in Berlin