Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABL-da final seriyası "Sabah"ın qələbəsi ilə başlayıb

Aprelin 29-da kişi basketol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" klubu ilə "Abşeron Lions" arasında final seriyasının ilk oyunu keçirilib. Qeyd edək ki, Bakı İdman Sarayında baş tutan matçın əvvəlində "Abşeron Lions" təşəbbüsü ələ alaraq 12 xal fərqiylə önə keçsə də, "Sabah" üçüncü periodda geri dönüş edərək hesabı öz xeyrinə dəyişib. Sonda isə meydanı qələbə ilə tərk edib - 98:93.

Final seriyasında ikinci oyun mayın 2-də saat 14:00-da eyni məkanda başlanacaq.

Reqlamentə görə, final seriyasında ən tez 3 qələbə qazanan komanda ölkə çempionatınin 2025/2026-ci illər mövsümünün qalibi olacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin