Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan Kempoçuları Antalyada tarixi zəfərə imza atıblar

Azərbaycan Kempoçuları 20-26.04.2026 tarixində Türkiyyənin Antaliya şəhərində keçirilən Kempo üzrə rəsmi 22-ci Dünya çempionatında laiqincə Azərbaycan dövlətini təmsil edərək iki qızıl Sadıqov Pərvin (16-18 yaş / 80 kq çəki dərəcəsində, Nokdaun və Full Kempo üzrə ) və bir gümüş Məhəmmədi Mahmud ( kişilər arasında 70 kq çəki dərəcəsində Nokdaun üzrə ) qazanmışdılar. Dünyanın 44-ə yaxın dövlətlərindən iştirak edən bu yarışda 1800-ə yaxın idmançı qalib olmaq üçün mübarizə aparmışdılar.

Bu Dünya çempionatı Kempo üzrə Dünya və avropa çempionatlarının qalibi Toğrul Rauf oğlu İbrahimova həsr olunmuş və yad edilmişdir. Nəzərinizə çatdırım ki, bütün xərcləri Azərbaycanda Beynəlxalq Kempo Federasiyasının rəsmi və səlahiyyətli nümayəndəsi olan "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubu öz üzərinə götürmüşdür.

Azərbaycan sağ olsun!!!

Best coffeeshop in Berlin