FİFA Dünya Kuboku iştirakçılarına rekord məbləğdə ödənişlər hazırlayır
FİFA Dünya Kubokunda iştirak edən komandalar üçün mükafat fondunu artırmağı planlaşdırır.
Təşkilat yaxın gələcəkdə maliyyə kompensasiyasının artırılmasını nəzərdən keçirir. Hazırda final turnirinə vəsiqə qazanan 48 komandanın hər birinə ən azı 10,5 milyon dollar zəmanət verilir. Dünya Kubokunun qalibi 50 milyon dollar qazanır.
Məlumata görə, bu məbləğlər gələcəkdə yuxarıya doğru yenidən nəzərdən keçirilə bilər. Bu addımın əsas səbəbi Dünya Kubokundan gözlənilən rekord gəlirdir. Proqnozlar turnirin ümumi gəlirinin 11 milyard dolları keçə biləcəyini göstərir.


