Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Deflimpiyaçılarımız DÇ-dən 7 medalla dönüblər

24-26 aprel günlərində Türkiyənin İstanbul şəhərində deflimpiyacilar arasında karate üzrə Sotakan Dünya Çempionatı keçirilib. Üç gün davam edən bu çempionatda Azərbaycan da daxil olmaqla, 19 ölkədən 1300 deflimpiyaçı iştirak edib. Yarışlara 10 (7 kişi, 3 qadın) idmançı ilə qatılan Azərbaycan yığması çıxışını 7 (3-2-2) medalla başa vurub. Təmsilçilərimizdən Hikmət Ağayev (+18 yaş, -75 kq), Sahib Sahibli (+18 yaş, +75 kq) və Yusif Əzimzadə (14-17 yaş, 60 kq, üçü də kumite) bütün görüşlərini qələbə ilə başa vuraraq, qızıl medal qazanıb. Maraqlı bir məqamı da qeyd edək ki, Yusif Əzimzadə həlledici finalda öz komanda yoldaşı Nizaməddin Əzimzadəyə (14-17 yaş, 60 kq, kumite) qalıb gəlib. Nəticədə Nizaməddin gümüş medalla kifayətlənib. Daha bir gümüş medal kata yarışlarında iştirak edən Aytən Quliyevanın aktivinə yazılıb.

Bürünc medalları isə çıxışını üçüncü yerdə bitirən Ələkbər Əlizadə (+18 yaş, -75 kq, kumite) və Elnur Qasımzadə (+18 yaş, +75 kq, kumite) qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin