Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçularımız Sübhan Məmmədovla Səidcəmşid Cəfərov Dünya Kubokunun qalibi olub

Braziliyanın Fos-du-iquasiu şəhərində böyüklər (kişi və qadın) arasında boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin iştirak etdiyi Dünya Kuboku başa çatmaq üzrədir. Dünən axşam saatlarında turnirin finalında iştirak edən üç boksçumuzdan ikisi döyüşünü başa qələbə ilə başa vuraraq Dünya Kubokuna sahib olub. Söhbət son dünya çempionatının qalibi Sübhan Məmmədov (50 kq) və Səidcəmşid Cəfərovdan (75 kq) gedir. Sübhan həlledici final görüşündə mərakeşli İssam Bensayad, Səidcəmşid isə Braziliya təmsilçisi Tauan Silva üzərində inamlı qələbə qazanıb - 5:0.

Daha bir boksçumuz - Məhəmməd Abdullayev (+90 kq) isə erməni Davit Çalayanla final döyüşünə çıxacaq.

Dünən yığmamızın bir üzvü - Nəbi İsgəndərov (70 kq) isə finala çıxışda büdrəyərək çıxışını üçüncü yerdə bitirib. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin