Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Finalçılar bəlli olub

Gənclər və İdman Nazirliyi və Azərbaycan Mini-futfol Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında dövlət qurumları arasında mini-futbol üzrə keçirilən və Heydər Əliyevin xatirəsinə həsr olunan 4-cü turnirdə yarımfinal oyunları baş tutub və bununla da finalcilar bəlli olub. Görüşlərdən birində "Azərişıq" ASC komandası Ədliyyə Nazirliyinin təmsilçisini 1:0, digər yarımfinal matçında isə "SOCAR" Baş Prokurorluq komandasını 2:0 hesabla udaraq finala yüksəlib. Final və eləcə də üçüncü yer uğrunda görüşlər mayın 7-də eyni məkanda keçiriləcək. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin