Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə taekvondoçuların ölkə birinciliyi keçiriləcək

28-30 aprel günlərində Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində 2012, 2013 və 2014-cu il təvəllüdlü yeniyetmə oğlan və qızlar arasında taekvondo üzrə seçmə xarakterli Azərbaycan birinciliyi keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, 3 gün davam edəcək bu turnirdə paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif bölgələrini təmsil edən 70-dək idman klubu və idman cəmiyyətinin tərkibində 554 idmançı dayanq üzərinə çıxaraq medallar uğrunda yarışacaq. Reqlamentə görə hər iki cinsdən olan idmançılar 10 müxtəlif çəki dərəcəsində çıxış edəcəklər.

Qalıb və mükafatçılar ölkə yığmasının düşərgəsinə cəlb olunacaqlar. Yarışda baş tutan bütün görüşlər ATF-nin "YouTube" kanalında canlı yayımlanacaq. Arenaya giriş sərbəstdir.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin