DK-da 4 yarımfinalçımızdan üçü finala yüksəlib
Boksçumuz Məhəmməd Abdullayev finalda erməni ilə döyüşəcək
Braziliyanın Fos-du-iquasiu şəhərində kişi və qadın boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Dunya Kuboku artıq finişə yaxınlaşıb. Dünən turnirdə yarimfinal mərhələnin döyüşləri keçirilib və finalçılar müəyyənləşib. Qeyd edək ki, bu mərhələdə rinqə çıxan 4 təmsilçimizdən üçü döyüşünü qələbə ilə başa vuraraq finala yüksəlib. Bu trioda Sübhan Məmmədov (50 kq), Səidcəmsid Cəfərov (75 kq) və Məhəmməd Abdullayev (+90 kq) yer alıb. Triomuzdan Məmmədov həlledici finalda mərakeşli İssam Benesayarla, Cəfərov ev sahibi Tauan Silva, Abdullayevsə erməni Davit Çalayanla vuruşacaq.
Yarımfinalda büdrəyən boksçumuz Nəbi İsgəndərov (70 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.
İNTİQAM Məmmədov


