Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABL-da finalçılar müəyyənləşib 

Kişi basketbol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) yarımfinal mərhələnin cavab oyunları keçirilib və bununla da finalçılar muəyyənhəsib. Reqlamentə görə, yarimfinal seriyasinda daha  tez iki qəhəbə qazanan klublar adlarını finala yazdırıblar. Bu xoşbəxt cütlük "Sabah"la "Abşeron Lions" klubu olub. ABF-dən verilən məlumata görə, "Sabah" "Gəncə" ilə, "Abşeron Lions" isə "Neftçi"ylə hər iki oyunda qalib gələrək ümumi hesabı öz xeyrinə olmaqla 2:0-a çatdırıb. 

Final seriyası isə 3 qələbəyədək davam edəcək. Seriyaya aprelin 29-da saat 19:00-da Bakı İdman Sarayında "Sabah" - "Abşeron Lions" oyunu ilə start veriləcək.

 

2-ci final oyunu: 02.05.2026. Saat 14:00.

"Abşeron Lions" - "Sabah";

 

3-cü final oyunu. 05.05.2026. Saat 19:00.

"Sabah" - "Abşeron Lions";

 

4-cü final oyunu. 08.05.2026. Saat 19:00;

"Abşeron Lions" - "Sabah";

 

5-ci final oyunu. 10.05.2026. Saat 17:00.

"Sabah" - "Abşeron Lions".

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin