Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəfəq Ağacan:

Əvəz Zeynallının həyat yolu – sözlə başlayan mübarizə

Bir zamanlar həqiqətin yükünü daşıyan adam, bu gün öz kitablarının yükünü daşıyır...
Bu şəkilə baxanda insanın ürəyi sızlayır. Bir ömür boyu söz uğrunda savaşan, qələmi ilə cəmiyyətin dərdini yazan insan indi səssizcə həyat uğrunda mübarizə aparır. Əllərində kitablar var... amma əslində o, çiyinlərində ağrısını, ümidini, yaşamaq istəyini daşıyır.
Bu yol sadəcə park yolu deyil... bu yol bir insanın çətin sınaqlardan keçən həyat yoludur. Addımları yorğun görünür, amma ruhu hələ də ayaqdadır.
Bəzi fotolar danışmır, hayqırır... Bu şəkil də deyir ki, həyat nə qədər ağır olsa da, insan ləyaqətlə mübarizə apara bilər.
Allah şəfa versin, Evez bəyə güc versin!Bir kitab almaq bəzən bir insanın əlindən tutmaq qədər qiymətlidir.

Best coffeeshop in Berlin