Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

IV Odlar Yurdu beynəlxalq surfkastinq turnirinə start verilib +FOTOLAR

Aprelin 25-də IV Odlar Yurdu beynəlxalq surfkastinq (sahildən balıq ovlama) turnirinə start verilib. “Ramada by Wyndham Baku” hotelində keçirilən turnir ölkəmizdə sayca dördüncü dəfə təşkil olunur.

 

AZpress.AZ xəbər verir ki, açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. 

 

Turnirin təşkilatçısı, “Bakı Sualtı Ovçular və Bakı Balıqçılar Klubu"nun sədri Çingiz Qəniyev turnir barədə  məlumat verib. Sonra nazir Fərid Qayıbov yarış iştirakçıları ilə söhbət edib, dənizə ilk tilovu atıb və turnirə rəsmi start verilib.

 

Qeyd edək ki, turnirə aprelin 26-da yekun vurulacaq.

Best coffeeshop in Berlin