Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanlı çapar konkur yarışında iştirak edib

Beynəlxalq Atçılıq Federasiyasının illik təqvim planına uyğun olaraq, Özbəkistanin paytaxtı Daşkənddə konkur üzrə "Mantena" Kuboku uqrunda turnir keçirilib. ARAF-dan (Azərbaycan Respublikasının Atçılıq Federasiyası) verilən məlumata görə turnirdə Azərbaycan da daxil olmaqla, 9 ölkəni təmsil edən 10 konkur mübarizə aparıb. Ölkəmizi sözügedən turnirdə "Elite" Atçılıq Klubunun üzvü Anar Hümbətov təmsil edib. O, "Aqata" ləqəbli atla hündürlüyü 110 sm olan maneələri aşmaqda 5-ci yeri, 115 cm hündürlüyündə olan maneələri aşmaqda isə 6-ci yeri tutub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin