Boksçularımız DK-da döyüşəcəklər
Aprelin 20-də Braziliyanın Fos-du-İnuasu şəhərində kişi ilə qadın boksçular arasında Dünya Kuboku keçiriləcək. ABF-dən verilən məlumata görə, 7 gün davam edəcək turnirdə Azərbaycan ikisi qadın olmaqla 8 boksçu ilə təmsil olunacaq. Qadınların yarışında ölkəmizi baş məşqçi İlkin Aqayevin rəhbərliyi altında Zeynəb Rəhimova (54 kq) və Emilii Rzayeva (60 kq) cütlüyü rinq döyüşünə çıxacaq.
Kişilər arasında isə baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Sübhan Mamedov (50 kq), Zidan Hümbətov (55 kq), Məhəmmədəlı Aşırəliyev (60 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq) və Məhəmməd Abdullayev (+90 kq) mübarizə aparacaq.
İNTİQAM Məmmədov


