İran Hörmüz boğazını açdı
İranın xarici işlər naziri Abbas Əraqçi Livanda atəşkəsdən sonra Hörmüz boğazının ticarət gəmiləri üçün açıldığını elan etdi.
O, bunu sosial mediada yazıb.
Bəyanatda deyilir: "Livanda əldə edilən atəşkəsə uyğun olaraq, bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi atəşkəsin qalan hissəsi üçün tam açıq elan edilir."
Hörmüz boğazının açılması ilə bağlı xəbərlərdən sonra neft qiymətləri enişini sürətləndirdi. Londonun ICE birjasında Brent markalı xam neftin qiyməti barel üçün 90 dollardan aşağı düşdü.


