Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallının Çayqıraq kəndində yeni park salınır

 

Masallı rayonunda son illərdə geniş vüsət alan abadlıq-quruculuq işləri çərçivəsində sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Bu tədbirlərin tərkib hissəsi olaraq Çayqıraq kəndində yeni parkın salınması istiqamətində işlər davam etdirilir və layihə kəndin ümumi simasının yenilənməsinə töhfə verməyi hədəfləyir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri ərazidə görülən işlərin gedişi ilə tanış olmaq üçün kənddə nəzərdə tutulan park sahəsinə baxış keçiriblər.
Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mətanət Paşayeva layihə çərçivəsində həyata keçirilən hazırlıq tədbirləri və qarşıdakı mərhələlər barədə məlumat verib. Bildirilib ki, parkın salınması kənd sakinlərinin asudə vaxtının səmərəli təşkili, istirahət imkanlarının artırılması və ərazinin ümumi görünüşünün yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, layihə çərçivəsində yaşıllıq zolaqları salınacaq, müasir oturacaqlar quraşdırılacaq, işıqlandırma sistemi yaradılacaq və uşaqlar üçün əyləncə guşələri təşkil ediləcək.
Rayon rəhbəri işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin