Sumqayıtda Mədəniyyət günü ilə əlaqədar tədbir keçirilib +FOTO=9
Şəhər Mədəniyyət Evinin təşkilatçılığı ilə Əli Kərim adına Sumqayıt Poeziya Evində Mədəniyyət günü ilə əlaqədar "Mədəniyyət İşığında" adlı tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbirdə Sumqayıt mədəniyyətinin inkişafında əziyyəti olan mədəniyyət işçiləri Şəhər Mədəniyyət Evinin direktoru Elnarə Rəşidovanın dəvəti ilə bir araya gəliblər. Tədbir boyu şagirdlərin maraqlı şeir qiraətləri, gənc rəqqasələrin rəqsləri, müğənnilərin gözəl ifaları bir-birini əvəz edib. Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvləri də iştirak ediblər.
Şairə Esmira Günəş və şairə İlhamə Məhəmmədqızı hər zaman tədbirlərdə fəallığı ilə seçilən qiraətçilərdən Kamilə Ağasıyevaya, Damla Babalıya və Sevgi Məmmədliyə öz kitablarını hədiyyə ediblər.
Tədbir xatirə şəkilləri ilə yekunlaşıb.


