Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız Avropa çempionatında

Aprelin 16-da Gürcüstanın paytaxtı Tbilisidə kişi və qadınlar arasında cüdo üzrə Avropa çempionatına start veriləcək. Aprelin 19-dək davam edəcək çempionatda Azərbaycan da daxil olmaqla, çempionatda 46 ölkəni təmsil edən 400 tatami ustası medallar uğrunda mübarizə aparacaq. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə ölkəmiz çempionata 11 çəkidə 15 (9 kişi və 6 qadın) tatami ustası ilə mübarizəyə qatılıb. 

Qeyd edək ki, çempionatın ilk günü kişilər 60 və 66 kq-da, qadınlar isə 48 və 52 kq çəki dərəcəsində tatamiyə çıxacaqlar. 60 kq-da Balabəy Ağayevlə Əhməd Yusifov, 66 kq çəkidə Turan Bayramov, 48 kq-da Könül Əliyeva ilə Şəfəq Həmidova, 52 kq çəkidə isə Leyla Əliyeva və Gültac Məmmədəliyeva güləşəcək. 

Reqlamentə görə təsnifat görüşləri saat 10:00-da, final bloklari isə saat 16:00-da start götürəcək.

Görüşlər "Judo TV" və "CBC Spirt"da canlı yayımlanacaq. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin