Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fernandez "Real Madrid"ə keçməyi hədəfləyir

"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes karyerasını "Real Madrid"də davam etdirə bilər.

Argentinalı yarımmüdafiəçi artıq Madriddə mənzil axtarır və qarşıdan gələn transfer pəncərəsində "Los Blancos"a keçməyi düşünür.

Lakin Madrid klubu hələlik oyunçu üçün rəsmi təklif verməyib.

Fernandes 2023-cü ildə "Benfika"dan "Çelsi"yə 121 milyon avroya keçib. Onun London klubu ilə müqaviləsi 30 iyun 2032-ci ilə qədərdir.

Bu mövsüm yarımmüdafiəçi "mavilər"in heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 12 qol vurub və altı məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, onun transfer dəyəri 90 milyon avrodur.

Best coffeeshop in Berlin