Çikaqoda İllinoys Texnologiya İnstitutunda Azərbaycan mədəniyyəti təqdim olunub (FOTO=89)
ABŞ-nin Çikaqo şəhərində yerləşən Illinois Institute of Technology-nin hüquq fakültəsi olan Chicago-Kent College of Law-da 9 aprel tarixində Azərbaycan Mədəniyyət Günü böyük coşqu ilə qeyd olunmuşdur.
AZpress.AZ xəbər veri ki, tədbir fakültənin 2024-cü il məzunu Əmiraslan Yusifov, həmçinin hazırda təhsil alan tələbələr Banu Quliyeva, Şamama Ələkbərova və Sənan Ramazanov tərəfindən təşkil olunmuşdur. Tədbir ACMA - Azerbaijan Center of Midwest America təşkilatının sponsorluğu ilə həyata keçirilmişdir.
Tədbirin fəxri qonaqları sırasında fakültənin dekanı Jason Czarneski, Beynəlxalq Proqramlar üzrə dekan müavini Adam Weber, Türkiyə Respublikasının Çikaqo Başkonsulu Tahir Bora Atatanır, Çikaqo Başkonsulluğunun təhsil attaşesi Prof. Dr. Fatih Yardımcıoğlu, ACMA nümayəndələri Fərid Məmmədov və Mehriban Məmmədova, həmçinin professorlar Lurene Contento, Edward Harris və Sara Rusnak yer almışdır.
Tədbirin açılışında çıxış edən dekan Jason Czarneski belə tədbirlərin universitet mühitində mədəni müxtəlifliyi təşviq etdiyini vurğulayaraq Azərbaycan milli mədəniyyəti ilə yaxından tanış olmaqdan məmnunluğunu ifadə etmiş, xüsusilə Azərbaycan kompotunu qeyd etmişdir. Dekan müavini Adam Weber isə hər il universitetdə azərbaycanlı tələbələrin təhsil almasının əhəmiyyətindən danışaraq tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir.
Tədbirdə Midvest Azərbaycanlı Gənclər təşkilatının sədri Rəşid Əzimov, İllinoys ştatında yaşayan azərbaycanlı icma üzvləri, digər universitetlərdə təhsil alan azərbaycanlı tələbələr, eləcə də Türkiyə, Gürcüstan, Ukrayna, Hindistan, Çin və digər ölkələrdən olan tələbələr iştirak etmişdir.
Çıxışı zamanı Türkiyə Respublikasının Çikaqo Başkonsulu Tahir Bora Atatanır Azərbaycan-Türkiyə qardaşlığının hər yerdə hiss olunduğunu vurğulamış, tədbirə dəvət üçün təşəkkür etmiş və təşkilatçıları təbrik etmişdir. ACMA nümayəndəsi Mehriban Məmmədova isə təşkilatçılara və qonaqlara minnətdarlığını ifadə etmiş, həmçinin Chicago-Kent College of Law-a tədbirə ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirmişdir.
Tədbirin məlumatlandırıcı hissəsində qonaqlara Azərbaycan tarixi, dövlət bayrağı, mədəniyyəti və musiqisi barədə ətraflı məlumat verilmişdir. Mədəni proqram çərçivəsində Orxan Məmmədli tarda, Tuna Güvənç isə qarmonda ifa etmişdir, həmçinin qonaqlara tar və nağara müşayiətilə canlı Muğam səsləndirilmişdir. Milli rəqslər isə Çikaqo-Kent tələbəsi Sənan Ramazanov və Northvestern Universiteti tələbəsi Nuriyyə Cəfərova tərəfindən təqdim olunmuşdur.
Tədbirin nahar hissəsində Çikaqoda fəaliyyət göstərən Eurasia Restaurant tərəfindən dolma, aş və ləvəngi kimi milli yeməklər təqdim edilmişdir.
Tədbir çərçivəsində maraqlı interaktiv oyunlar da keçirilmişdir. Professorlar və konsulluq əməkdaşları arasında ənənəvi yumurta döyüşü təşkil olunmuş, eyni zamanda qonaqların Azərbaycan haqqında əldə etdikləri bilikləri yoxlamaq üçün viktorina keçirilmişdir. Tədbirin sonunda isə milli birlik və həmrəyliyi simvolizə edən Yallı rəqsi icra olunmuşdur.
* * *
* * *
EN:
Azerbaijani Culture Day was celebrated with great enthusiasm on April 9 at Chicago-Kent College of Law, part of Illinois Institute of Technology in Chicago. The event was organized by 2024 graduate Amiraslan Yusifov along with current students Banu Guliyeva, Shamama Alekperova, and Sanan Ramazanov, with sponsorship from ACMA - Azerbaijan Center of Midwest America.
Among the distinguished guests were Dean Jason Czarneski, Associate Dean for International Programs Adam Weber, Consul General of the Republic of Turkey in Chicago Tahir Bora Atatanır, Education Attaché of the Turkish Consulate Prof. Dr. Fatih Yardımcıoğlu, ACMA representatives Farid Mammadov and Mehriban Mammadova, as well as professors Lurene Contento, Edward Harris, and Sara Rusnak.
In his remarks, Dean Jason Czarneski emphasized the importance of such events in promoting cultural diversity within the university and expressed his appreciation for learning about Azerbaijani culture, even highlighting traditional Azerbaijani compote. Associate Dean Adam Weber noted the consistent presence of Azerbaijani students at the university and thanked the organizers for hosting the event.
The event brought together Midwest Azerbaijani Youth Organization chair Rashid Azimov, members of the Azerbaijani community in Illinois, Azerbaijani students from other universities, and international students from countries including Türkiye, Georgia, Ukraine, India, and China.
In his speech, Consul General Tahir Bora Atatanır emphasized the strong brotherhood between Azerbaijan and Turkey, expressed gratitude for the invitation, and congratulated the organizers. ACMA representative Mehriban Mammadova also thanked the organizers and attendees and expressed appreciation to the law school for hosting the event.
The program included presentations about Azerbaijan’s history, national flag, culture, and music. During the cultural segment, Orkhan Mammadli performed on the tar, while Tuna Guvench played the accordion, also performed live Mugham for the guests, accompanied by tar and naghara instruments. Traditional dances were performed by Chicago-Kent student Sanan Ramazanov and Northwestern University student Nuriyya Jafarova.
Guests were also treated to Azerbaijani cuisine, including dolma, plov, and lavangi, provided by Eurasia Restaurant.
Interactive activities added to the festive atmosphere, including a traditional egg-cracking game between professors and consulate staff, as well as a quiz testing participants’ knowledge about Azerbaijan. The celebration concluded with the performance of the traditional Yalli dance, symbolizing unity and solidarity.


