Miqrant otağında namaz qıldığına görə cərimələnərək Rusiyadan deportasiya edilib
Rusiyaya işləməyə gələn əcnəbi ölkədən deportasiya ediləcək.
Məlumata görə, miqrant Xantı-Mansi Muxtar Dairəsində növbə ilə işləyirmiş. O, işəgötürəninin ərazisindəki yataqxanada namaz qılırmış. O, həmçinin otağının qapısına namaz cədvəli və ərəb mətnləri asıb.
Nəşr bildirir ki, "Məhkəmə onun hərəkətlərini qanuni tələbləri pozan missionerlik fəaliyyəti kimi qiymətləndirib".
Əcnəbiyə 30.000 rubl (660 manat) məbləğində cərimə ödəməli olub. O, həmçinin ölkədən məcburi deportasiya ediləcək. Qərar artıq qüvvəyə minib.


