İsrail Fransanın Livanla danışıqlara "davranışına görə" qoşulmasına mane oldu
"The Jerusalem Post" qəzeti mənbəyə istinadən xəbər verir ki, İsrail Fransanın gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan Livanla birbaşa danışıqlarda iştirakını qadağan edib.
Qəzetin məlumatına görə, İsrail Fransanı "son bir ildəki davranışı", o cümlədən Livana şiə hərəkatı Hizbullahın tərksilah edilməsində kömək etməməsi və İrana qarşı əməliyyat zamanı İsrailə silah daşıyan Amerika təyyarələrinin üzərindən uçuşuna icazə verməməsi səbəbindən "ədalətsiz vasitəçi" hesab edir.
Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Livanla birbaşa danışıqların "mümkün qədər tez" başlamasını əmr etdiyini açıqlamışdı. Məlumata görə, danışıqların gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılır. Hər iki tərəf ABŞ-də səfir səviyyəsində təmsil olunacaq.


