Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tennisçimiz Nihad Məmmədov dünya rekordunu yeniləmək istəyir 

Azərbaycan stolüstü tennis üzrə yığma komandasının üzvü Nihad Məmmədov topu uzaq məsafədən oyuna daxil etməklə hazırkı dünya rekordunu yeniləmək və bununla da "Ginnesin Rekordlar Kitabı"na düşmək istəyir. O, buna aprelin 12-də,saat 19:00-da "Şüa İdman Kompleksi"ndə publika qarşısında nail olmaq niyyətindədir. Tennisçimiz topu 17 metr məsafədən oyuna daxil etməklə rekordu yenilənməyə hazırlaşır. 

Xatırladaq ki, hazırda rekord türkiyəli Osman Gürcüyə məxsusdur. O, topu 16,70 metrdən oyuna daxil etməklə hazırkı rekorda imza atıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin