Dövlət qurumları əməkdaşlarının şahmat yarışı keçirilib
Gənclər İdman Nazirliyi (GİN) ilə Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə Respublika Şahmat Mərkəzində dövlət qurumları əməkdaşları (kişi və qadınlar) arasında şahmat yarışı keçirilib. Yarışda 19 dövlət qurumunu təmsil edən 49 əməkdaş medallar uğrunda mübarizə aparıb.
GİN-dən verilən məlumata görə, qadınların yarışında ilk üç yeri müvafiq ardıcıllıqla Afaq Xudaverdiyeva (Mərkəzi Bank), Qəndab Əzizova (Azərbaycan Dəmir Yolları QSC) və Fizzə İsayeva (Dövlət Gömrük Komitəsi) tutub.
Kişilərin analoji yarışında isə Sənan Quliyev (Azərbaycan Dəmir Yolları QSC), Murad Quliyev (Mərkəzi Bank) və Ədalət Umudov (Fövqəladə Hallar Nazirliyi) fərqlənib.
İNTİQAM Məmmədov


