Bakıda karateçilərin "Grand Prix-2026" turniri keçiriləcək
10-12 aprel günlərində paytaxt Bakıda müxtəlif yaş qruplarından olan və müxtəlif çəki dərəcələrində çıxış edən karateçilər arasında ənənəvi "Grand Prix-2026" beynəlxalq turnir keçiriləcək.
AKF-dən verilən məlumata görə, üç gün davam edəcək turnirdə ev sahibi Azərbaycan da daxil olmaqla, 9 ölkəni təmsil edən 700-ə yaxın idmançı dayanq üzərinə çıxaraq, medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, "Sərhədçi" İdman Kompleksində keçiriləcək turnirin açılış mərasimi aprelin 10-da saat 17:00-da başlanacaq. Arenaya giriş sərbəstdir.
İNTİQAM Məmmədov


