"Barselona" ÇL-nin 1/4 finalına evdə məğlubiyyətlə başlayıb
Dünən axşam saatlarında futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində ilk oyunlar çərçivəsində biri-birindən maraqlı olan daha iki oyun keçirilib. İspaniyanın "Barselona" klubu məşhur "Kamp Nou" stadionunda əzəli rəqiblərindən biri olan "Atletiko" (İspaniya, Madrid) klubunu qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüşdə qələbəni qonaq komanda qeyd edib - 0:2. Matcda hesabı 45-ci dəqiqədə "Atletiko"nun argentinal forvardi Xuliqan Alvarez vurub. O, cərimə zərbəsindən maksimum yararlanıb. Matcda ikinci qolun müəllifi isə Aleksandr Serlat olub. O, görüşün 70-ci dəqiqəsində Matteo Rudjerin ötürməsini məntiqi sonluqla başa çatdırıb.
Oyundan sonra Alvares maraqlı açıqlama verib: - "Biz oyundan bir gün qabaq məşq prosesində cərimə zərbələri vurmaqi yerinə yetirirdik. Mənim 5 zərbəmdən heç biri dəqiq olmadi. Ama bu cür çətin bir oyunda zərbem dəqiq oldu".
Cavab oyunu aprelin 14-də Madriddəki "Metropolitano" stadionunda keçiriləcək.
Dünən axşam daha bir oyun Fransanın paytaxtı Parisdə baş tutub. Yerli "PSJ" klubu "Liverpul"u (İngiltərə) qəbul edib. Qarşılaşma ev sahibinin 2:0 hesablı qələbəsi ilə bitib. Matçda ilk qolu 11-ci dəqiqədə Dezire Due vurub. 65-ci dəqiqədə isə Neveş Joaunun ötürməsini Xvica Kvaratsxeliya qola çevirməklə hesabı artırıb. Cavab oyunu aprelin 14-də Londonda baş tutacaq.
Xatırladaq ki, bir gün öncə keçirilən digər iki oyunda isə aşağıdakı nəticələr qeydə alınıb:
"Real" (M) - "Bavariya" (Almaniya) - 1:2;
"Sporting" (Portuqaliya) - "Arsenal " (İngiltərə) - 0:1.
Bu cütlərin cavab oyunları aprelin 13-də keçiriləcək.
İNTİQAM Məmmədov


