Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib
Beş qadın 7 aprel saat 16:00 radələrində Şirvan Mərkəzi Şəhər Xəstəxanasının təcili yardım şöbəsinə qida zəhərlənməsi şübhəsi ilə yerləşdirilib.
Xəstəxana APA-nın sorğusuna "dəqiqləşdirilməmiş qida zəhərlənməsi" diaqnozu ilə cavab verib.
Xəstələrə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi tibbi nəzarət altında davam etdirilir. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir", - xəstəxanadan bildirilib.


