Zelenski Rusiyaya təklif göndərdi
Ukrayna Rusiyaya enerji sahəsində atəşkəs təklifi təqdim edib.
Ukrayna Prezidenti Vladimir Zelenski bunu axşam çıxışında bildirib.
"Əgər Rusiya Ukraynanın enerji sektoruna hücumları dayandırarsa, biz də eyni cavabı verəcəyik. Rusiya tərəfi belə bir təklifi amerikalılar vasitəsilə verib", - deyə Ukrayna lideri qeyd edib.
Zelenski həmçinin xatırladıb ki, Kiyev dəfələrlə Moskvaya Pasxa bayramı üçün atəşkəs təklif edib, lakin Rusiya rəhbərliyi bundan imtina edib.


