Turkiyə millisi mundiala Avstriyaya qarşı oyunla başlayacaq
İyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə 23-cü dünya çempionatının (The 2026 FIFA World Cup) bütün iştirakçıları və eləcə də oyun təqvimi müəyyənləşib. Qeyd edək ki, sayca 23-cu olan bu dünya çempionatında (DÇ-2026) ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq. Komandalar hərəsində 4 komanda olmaqla 12 qrupda cəmləşiblər. Reqlamentə görə, hər qrupda ilk iki yeri və 8 ən yaxşı üçüncü yeri tutan komandalar mundialın 1/16 final mərhələsinə yüksələcək.
Komandalar qruplar üzrə aşağıdakı kimi cəmləşib:
A qrupunda: Meksika, CAR, Koreya, İsveçrə;
B qrupunda: Kanada, Bosniya və Herseqovina, Qətər, İsveçrə;
C qrupunda: Braziliya, Mərakeş, Haita, Şotlandiya;
D qrupunda: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə;
E qrupunda: Almaniya, Ekvador, Kot-D'İvuar, Kurasao;
F qrupunda: Hollandiya, Yaponiya, İsveç, Tunis;
G qrupunda: Belçika, Misir, İran, Yeni Zelandiya;
H qrupunda: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay;
İ qrupunda: Fransa, Seneqal, İraq, Norveç;
J qrupunda: Argentina, Əlcəzair, Avstriya, İordaniya;
K qrupunda: Portuqaliya, DR Konqo, Özbəkistan, Kolumbiya;
L qrupunda: İngiltərə, Xorvatiya, Qana, Panama;
Mundialın D qrupunda yer alan Türkiyə millisinin iştirakı ilə keçiriləcək oyunların təqvimi belədir:
Türkiyə - Avstraliya (14.06.2026. Saat 07:00);
Türkiyə - Paraqvay (20.06.2026. Saat 04:00);
Türkiyə - ABŞ (26.06.2026. Saat 05:00).
Qeyd edək ki, Türkiyə millisi 24 illik fasilədən sonra yenidən mundialda iştirak etmək hüququ qazanıb. Xatırladaq ki, ay-ulduzlu komanda son dəfə 2002-ci ildə mundialda iştirak edib və üçüncü yeri tutub.
Futbol həvəskarları üçün maraqlı məqamlardan biri də İtaliya yığmasının dalbadal üçüncü dəfə mundialdan kənarda qalmasıdır.
İNTİQAM Məmmədov


