Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gəncədə cüdo üzrə Avropa Kubokunun püşkatması keçirilib

Gəncədə Avropa Gənclər Cüdo Kubokunun püşkatma mərasimi keçirilib.

Tədbirdə Avropa Cüdo İttifaqının (EJU) və Azərbaycan Cüdo Federasiyasının nümayəndələri iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini və idman direktoru Kamran Talıbov turnirin təşkilində göstərdikləri dəstəyə görə tərəfdaşlarına təşəkkür edib və iştirakçılara uğurlar arzulayıb. EJU İdman Komissarı Albert Qmeyner öz növbəsində təşkilatın prezidenti Laslo Totun salamlarını çatdırıb və yarışın gənc idmançıların inkişafı üçün əhəmiyyətini qeyd edib.

EJU hakim komissiyasının rəhbəri Frank Oko matçları 15 yerli və beynəlxalq hakimin idarə edəcəyini açıqlayıb.

Turnirdə 10 ölkədən 269 cüdoçu iştirak edəcək. Azərbaycanı 127 idmançı (92 oğlan və 35 qız) təmsil edəcək. Yarış 16 çəki dərəcəsində keçiriləcək.

Best coffeeshop in Berlin