Livanda BMT-nin üç sülhməramlısı yaralanıb
BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) müşahidə məntəqəsi El Edeis sərhəd bölgəsində atəşə tutulub və nəticədə üç sülhməramlı yaralanıb.
Bu barədə UNIFIL-in sözçüsü Kendis Ardell məlumat verib.
O bildirib ki, "Hər üç hərbçi xəstəxanaya aparılıb, onlardan ikisi ağır vəziyyətdədir". Ardellin sözlərinə görə, komandanlıq hadisənin təfərrüatlarını, o cümlədən mavi dəbilqə postundakı yanğının mənşəyini araşdırır.
Sözçü bildirib ki, "UNIFIL bütün tərəflərə Livanın cənubundakı sülhməramlıların təhlükəsizliyini təmin etmək öhdəliklərini xatırladır". "BMT-nin hərbi mövqelərinin yaxınlığında hərbi əməliyyatlardan çəkinmək lazımdır, çünki bu, onlar üçün birbaşa təhlükə yaradır".


