Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan və Misir neft-qaz sektorunda əməkdaşlıq etmək barədə razılığa gəliblər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Misir Baş Neft Korporasiyası (EGPC) əməkdaşlığın əsas sahələrini müəyyən edən çərçivə sazişi imzalayıblar.

Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

İmza mərasimi 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi (EGYPS 2026) çərçivəsində baş tutub. Tədbir enerji təhlükəsizliyi, davamlı inkişaf, bərpa olunan enerji və müasir texnologiyaların tətbiqi mövzularına həsr olunub.

SOCAR-ın vitse-prezidentinin müavini Vitali Beqlyarbekov panel müzakirələrində çıxış edərək, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolunu və Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini qeyd edib.

Best coffeeshop in Berlin