Qızlardan ibarət U-17 güləş millimiz Tallin toplanışında
Yeniyetmə qızlardan ibarət güləş üzrə U-17 yığma komandamız Estoniyanın paytaxtı Tallində beynəlxalq təlim-məşq toplanışını (TMT) davam etdirir. Qeyd edək ki, Azərbaycan da daxil olmaqla 41 ölkəni təmsil edən 250 idmançının qatıldığı bu toplanışda yığmamızın böyük məşqçisi, yetərincə titulları olan Mariya Stadnik "Master Klass" dərsləri keçir.
TMt-yə bu gün yekun vurulacaq. Yiqmamiz toplanışı 6-24 aprel günlərində Bakıda davam edəcək.
Yeri gəlmişkən, 3 gün öncə 7 güləşçi ilə "Tallin Open2026"-ya qatılan U-17 millimiz yarısı 5 (1-3-1) medalla başa vurub.
İNTİQAM Məmmədov


