Azərbaycan milli komandasına FIFA Seriyası kuboku təqdim edilib
Azərbaycan milli futbol komandası FIFA Seriyası 2026 beynəlxalq turnirində qalib gəldiyinə görə mükafatlandırılıb.
Əvvəlcə Sierra Leone milli komandasının oyunçularına medallar təqdim edilib, ardınca mükafatlandırma mərasimi keçirilib. Azərbaycanlı oyunçulara da medallar təqdim edilib və komanda kapitanı Emin Mahmudov turnir kubokunu qaldırıb.
Elvin Cəfərquliyev yarışın ən yaxşı oyunçusu seçilib.
Mərasimdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və Sierra Leone Futbol Federasiyasının nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan milli komandası turnirin açılış oyununda Sent-Lusiyanı 6-1 hesabı ilə məğlub edib. Sierra Leone ilə oyun 1-1 hesablı heç-heçə ilə başa çatıb, lakin Azərbaycan komandası penaltilər seriyasında daha çox qol vurub və turnirin qalibi olub.


